October 2026
Məhəbbət Mirzəyeva vəfat etdi
“Şərq qapısı” qəzetinin bölmə müdiri Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib. Canlixeber.com xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Belə ki, Məhəbbət Mirzəyeva qəzetin texniki yaradıcılıq bölməsinin müdiri olub.
Azərbaycana qarşı saxta xəbərlər yayan “Telegram” kanalının təsisçisi Monteneqrodan deport edildi
Daha əvvəl Monteneqroda saxlanılan “Rybar” layihəsinin təsisçisi Mixail Zvinçuk həyat yoldaşı ilə birlikdə Rusiyaya qayıdıb. Canlixeber.com xəbər verir ki, Zvinçukun hava limanında çəkilmiş görüntülərini “Zvezda” telekanalı yayımlayıb. Xatırladaq ki, Monteneqronun hüquq-mühafizə orqanları oktyabrın 9-da Böyük Britaniyanın sanksiyalar siyahısında yer alan Zvinçuku və onun bir neçə həmkarını saxlayıblar. Yerli KİV-in məlumatına görə, Monteneqronun xüsusi xidmət orqanları […]
Türkiyəli reper Asya Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan reper Süleyman Burak Bodur azərbaycanəsilli müğənni Asya Əlizadə ilə birlikdə ifa etdiyi “Kahpe” mahnısının sözlərinə görə araşdırmaya cəlb olunub. Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bodur İstanbul Anadolu Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılıb. Prokurorluqda ifadə verən reper daxil olan şikayətlərdən xəbər tutduqdan sonra mahnını bütün […]
Konqoda Ebola virusundan 4 mindən çox insan ölüb
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir. Canlixeber.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, oktyabrın 6-dək ölkədə 8 728 yoluxma və 4 205 ölüm faktı təsdiqlənib. Virus ölkənin yeddi əyalətində 64 səhiyyə zonasına yayılıb. Şimali Kivu əyalətinin Alimbonqo bölgəsində ilk dəfə dörd yoluxma halı qeydə alınıb. Yoluxanlardan ikisi ölüb. Keniyada da […]
Goranboyda həkim dərmandan zəhərlənib
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib. Canlixeber.com xəbər verir ki,bhadisə Goranboy şəhərində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil. Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq […]
Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. Canlixeber.com “Milliyet”ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcili tibbi yardım briqadaları, polis əməkdaşları və xilasedicilər cəlb olunublar. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Sərnişin […]
Məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat: “Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik”
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Canlixeber.com həmin bəyanatı təqdim edir: “Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə […]
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
Ağsuda evlərdən oğurluq edən həbs olunub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Hacı Zeynabalabdin Tağıyev və N. Tağızadə küçələrində qeydə alınıb. 35 yaşlı Oruc Şikarov (şərti adla) ayrı-ayrı vaxtlarda gecə saatlarında oğurluq etmək məqsədilə bu küçələrdə əlverişli şərait axtarıb. Nəticədə o, 2 evdə yaşayış olmadığını görüb. Beləcə evlərə qanunsuz daxil olaraq, qarət edib. Oruc Şikarov […]
“Vartolu” haqda film çəkiləcək
“Çukur” serialında Erkan Kolçak Köstendilin canlandırdığı “Vartolu Sadettin” obrazı süni intellekt texnologiyası ilə film olacaq. Canlixeber.com xəbər verir ki, “Çukur: Vartolu” filminin qlobal yayım hüquqlarını “Prime Video” əldə edib. Filmdə “Vartolu”nun illəri əks olunacaq. Qeyd edək ki, serialda baş rollardan birini də Aras Bulut İynemli canlandırırdı.
Rəhimə Xosrovqızı yüksək vəzifəyə təyin olundu
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holdinq) yeni təyinat baş tutub. Canlixeber.com Yurd.Media-ya istinadən xəbər verir ki, Rəhimə Xosrovqızı Holdinqdə Telekommunikasiya strategiyası və biznes təhlili departamentinin müdiri təyin edilib. O, daha əvvəl AZCON Holdinqdə menecer vəzifəsində çalışıb. R.Xosrovqızı ondan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində hesabatlılıq üzrə rəhbər vəzifəsində işləyib.
