1 min read

Oman sahillərində tanker mərmi ilə vurulub

Tanker Omandakı Buxxa şəhərindən təxminən 20 kilometr qərbdə naməlum mərmi ilə vurulub. Canlixeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. İdarənin məlumatına görə, gəmidə baş verən yanğın söndürülüb, gəmi lövbər salıb. Ekipajın bütün üzvləri təhlükəsizlikdədir, xəsarət alanlar barədə məlumat yoxdur.

3 mins read

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxs” elan edib – Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına […]

1 min read

Tikinti və təmir adı altında dələduzluq edən şirkət rəhbəri saxlanılıb

Polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi […]

1 min read

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində bildirilib. Bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur. Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti […]

1 min read

Mahir Emrelinin çıxış etdiyi komandanın yeni baş məşqçisi açıqlanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” komandasının yeni baş məşqçisi açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb. David Szvarqa ilə anlaşma əldə olunub. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub. 36 yaşlı mütəxəssis bu postda Tomaş Kaçmareki əvəzləyib. Xatırladaq ki, “Rakuv” Polşa çempionatında 6 xalla sonuncu – […]

1 min read

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: “Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii […]

1 min read

Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki, Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən […]

1 min read

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

5 mins read

MŞ jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib

Mətbuat Şurası (MŞ) jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib. Qeyd edilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur. Bildirilib ki, hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur […]

1 min read

Qazaxıstanın 10 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Qazaxıstanın 10 vətəndaşı 2026–2027-ci tədris ilində Azərbaycan universitetlərində oxuyacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu, iki ölkənin Elm və Təhsil nazirlikləri arasında elm və ali təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişə əsasən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında baş tutacaq. Vurğulanıb ki, həmin tələbələr […]