October 2026
Bu gün hava necə olacaq?
Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. […]
Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
Bakıda 65 yaşlı kişi gəlinini döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqda torpaq sahəsi alıb və özünə ev tikib. Ev hazır […]
Leyla Əliyeva Səmərqənddə uşaqların rifahına dair Ümumdünya Sammitində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib. Canlixeber.com xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və […]
Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb
Bakıda birlikdə kirayədə yaşadığı şəxsi qətlə yetirməkdə və meyitini hissələrə ayıraraq müxtəlif ərazilərə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Şahid H.S. təqsirləndirilən şəxsləri tanıdığını, 2015-ci ildən onlarla birlikdə kirayədə […]
2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edilib
2026-cı il oktyabrın 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq, ixtisas imtahanlarının yazılı […]
Səhiyyə Nazirliyi: ölkəyə qripə qarşı vaksinlər gətirilib
Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər […]
Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi
Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Retro Holding” MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Səfiyevin cinayət işinin məhkəməsi başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqdirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. […]
Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri […]
Naxçıvanda vəzifəli şəxs saxlanıldı
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com Anz.az-a istinadla xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.
Göygöldə dəhşət: Kişi arvadının üstünə benzin töküb yandırdı
Göygöl rayonunda kişi arvadının üstünə benzin tökərək yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Tufan Məmmədov (soyadı şərtidir) evinin həyətində otbiçən maşınla həyətyanı sahəni təmizləyib. O, işləyib yorulandan sonra həyət yoldaşından içməyə su istəyib. Həyət yoldaşı suyu gec gətirib və nəticədə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə […]
