1 min read

FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 dünya çempionatı və festivalının ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər. Canlixeber.com xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. Qeyd edək ki, İlk oyun günü ərzində Hövsan Yarış […]

1 min read

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib. Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb. Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası […]

1 min read

Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb

Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, nəticədə 4 pilot ölüb. Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycan İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları pisləyir. Nazirlik İordaniya […]

1 min read

Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, ölən şəxs 1961-ci il Ə.Huseynovdur. Qeyd edək ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq, o, 7 gün sonra xəstəxanada ölüb. Faktla bağlı […]

2 mins read

“Ancelina Coli geni” və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq “Ancelina Coli geni” adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və “100 000+Mən” Milli Genetik Təşəbbüsünün elmi rəhbəri, professor Konstantin Severinov məlumat verib. “Belə bir mutasiyanın olması insanın gözlənilən ömrünü qısaldır […]

1 min read

Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir

Gəncədə 60 yaşlı qadın bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, Gəncə şəhər ərazisində 1966-ci il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur. O, hadisəni törətdikdən sonra ərazidən qaçıb. Şübhəlinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. Canlixeber.com xəbər verir ki, “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 min 66 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətinin müvafiq Ərazi Vergilər Baş İdarəsi borcların ödənilməsi ilə bağlı şirkətə dəfələrlə bildirişlər göndərsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə idarə MMC-nin rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması ilə […]

1 min read

DİN: Bakıda kafedə ölümlə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər saxlanılıb

Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak […]