Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Calnlixeber.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb.
Rayonun Vurğun qəsəbəsində qeydiyyatda olsa da, Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
