September 2026
Nazir onu şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə […]
Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda dostların zarafatı məhkəmədə bitdi
Bakının Nizami rayonunda 39 yaşlı kişi sərxoş vəziyyətdə dostuna xəsarət yetirib. Canlixeber.com xəbər verir ki, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Tural qəbul etdiyi spirtli içkinin təsiri altında tanışı Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib. Məlum olub ki, onların arasında mübahisənin yaranmasına səbəb zarafat etmələri olub. 39 yaşlı kişi sərxoş vəziyyətdə dostu ilə […]
“Sumqayıt” yeni transferini açıqladı
“Sumqayıt” klubu son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib. Canlixeber.com xəbər verir ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb. 25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində […]
Bakıda avtomobil qadını vuraraq öldürüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Ramilə İldırım qızı Seyidcanovanı yolu keçərkən avtomobil vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub. Canlixeber.com xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib. Bildirilib ki, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub, nəticədə, yanğın olub və həmyerlimiz vəfat edib. Mahir Məmmədovun Bolnisinin Arıxlı kəndindən olduğu və cənazəsinin doğma yurduna aparılması istiqamətində işlərin […]
İş adamı qəfil vəfat etdi
Şirvanda tanınmış iş adamı qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, Şirvan şəhərində fəaliyyət göstərən marketlər şəbəkəsinin qurucusu, sahibkar Siyasət Kərimov ürək çatışmazlığından dünyasını dəyişib. O, ötən gün torpağa tapşırılıb.
Bu gün hava necə olacaq?
Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın […]
Misli Premyer Liqasında V tur davam edir: İki maraqlı oyun keçiriləcək
Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, turun ikinci günündə “Kəpəz” “Qəbələ”ni, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşü saat 17:30-da, “SOCAR Polymer Arena”da baş tutacaq “Sumqayıt” – “Şamaxı” qarşılaşması isə 19:45-də başlayacaq. Misli Premyer Liqası 12 sentyabr V tur Saat 17:30, […]
Zəngilanda yaşayış məhəlləsinin tikintisinə 34 milyon manat ayrılacaq
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı açıq tender başa çatıb. Canlixeber.com xəbər verir ki, tenderin yekun qiyməti 33 milyon 898 min manat təşkil edib. Tender çərçivəsində Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi […]
