September 2026
Hərbçilər üçün vacib qərar – Şərtlər açıqlandı
Hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin hansı hallarda verilə biləcəyi açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinə əsasən, dinc və müharibə dövründə hərbi qulluqçulara ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət verilə bilər. Məzuniyyət hərbi qulluqçunun ailə üzvlərinin […]
“Qarabağ”ın 5 legioneri millidən dəvət aldı
“Qarabağ”ın 5 legioneri öz ölkələrinin milli komandalarına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bens Verkoni Macarıstan, Marko Yankoviç Monteneqro, Martin Zlomişliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa isə Mozambik milli komandasına çağırılıb. Qeyd edək ki, Ağdam klubunun futbolçuları – Bədavi Hüseynov və Musa Qurbanlı Azərbaycan […]
Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zeynəb Zamanova İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək […]
Asiyanın ən varlı insanı oldu
“TikTok”un əsas şirkəti “ByteDance”ın qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı insanı olub. Canlixeber.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub. “ByteDance”ın təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti “BlackRock” və “Fidelity”nin şirkətə dair yeni qiymətləndirmələrindən sonra […]
Həbsdə ölən sabiq icra başçısının binası – Satışa çıxarıldı
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir. İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir. […]
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir. Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə […]
Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü qələbə qazanıb. Canlixeber.com xəbər verir ki, yarışın ikinci günündə Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb. Boksçu hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad […]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Müqəddəs Kitts və Nevis xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Milli Gününüz mübarək!”, – təbrikdə qeyd olunub.
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər. Canlixeber.com xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gələcək. Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər. Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi […]
