Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
1 min read

Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Canlixeber.com xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.