Həbsdə ölən sabiq icra başçısının binası – Satışa çıxarıldı
1 min read

Həbsdə ölən sabiq icra başçısının binası – Satışa çıxarıldı

Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.

Canlixeber.com xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.

İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.

Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.