1 min read

Bakıda restoranda mühafizəçinin meyiti tapıldı

Bakıda restorandan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

2 mins read

Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin […]

1 min read

Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belizi Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında yazıb. “Beliz xalqını və hökumətini Belizin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.

1 min read

AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka”da dayanmayacaq

Azərbaycanda bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Belə ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə […]

1 min read

Market işçiləri arasında dava: Bıçaqlanan var

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib. Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon […]

4 mins read

Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini 1951-ci il təvəllüdlü Nadir Bahadır oğlu Məmmədovun həmin ilin mart ayında yaşadığı […]

1 min read

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə […]

1 min read

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən […]

1 min read

Yasamalda xeyriyyə adı altında dələduzluq edən şəxs saxlanılıb

Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, […]