September 2026
Azərbaycan XİN Malini təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Malini təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Mali və onun xalqını Müstəqilliyin elan olunması günü münasibətilə təbrik edirik!”, – paylaşımda qeyd edilib.
Coratda avtomat tapılıb
Sumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb. Canlixeber.com xəbər verir ki, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı “Kalaşnikov” avtomatı tapılıb. Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.
“Formula 1″ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Tofiq İsmayılov adına […]
Azerbaycanda tələbə vəfat edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. Canlixeber.com xəbər verir ki, o, burun əməliyyatından sonra dünyasını dəyişib. Qeyd edək ki, üçüncü kursda təhsil alan Fidan Abbaslı UFAZ-ın kompüter elmləri ixtisasında oxuyurmuş.
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxslərin meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda […]
Bakıda tozlu hava müşahidə edilir
Havada toz müşahidə olunur. Canlixeber.com xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji […]
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı?
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən şəxsin vəkili Sevil Məmmədova qatılmayıb. Bugünki iclasda vəkilin iştirak etməməsi ilə bağlı müvafiq qaydada ərizə göndərib. Qasımov deyib ki, vəkili ilə sentyabrın […]
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.DİN Mətbuat Xidmətindən bildirilib […]
Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib. İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır və İkram Qasımovlar, onların əmisi oğlu Fərhad Quliyev, habelə […]
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb. Canlixeber.com xəbər verir ki ,hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobillə 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib. Faktla bağlı araşdırma başlanılıb.
