1 min read

Nərimanov polisindən ƏMƏLİYYAT: Həbs edilənlər var

Nərimanov rayonunda 31 kiloqram narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib […]

1 min read

Anar Bayramov iki xanıma vəzifə verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Belə ki, Ceyran Əkbər qızı Fərazi İnsan resursları departamentinin, Cəmilə Nail qızı Butayeva isə İlkin səhiyyə xidməti departamentinin rəhbəri vəzifəsini müvəqqəti icarə edəcəklər. Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İnsan resursları […]

1 min read

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”na dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu siyahıya daxil edilib. Nazirlər Kabineti bu Fərmandan irəli […]

1 min read

İlham Əliyevdən “AzerGold”la bağlı SƏRƏNCAM

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsinin müdiri Mehman İsmayılovun adı şuranın tərkibindən çıxarılıb. Bundan başqa, Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyev Müşahidə Şurasının […]

1 min read

“Yüksəliş” müsabiqəsinin qalibi sədr vəzifəsinə təyin olundu

Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, sözügedən vəzifəyə Orxan Yusibov təyin olunub. Qeyd edək ki, O. Yusibov bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Orxan Yusibov birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

1 min read

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?

Qarabağ Regional Təhsil İdarəsi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanmasına dair iddialara cavab verib. Canlixeber.com xəbər verir ki,idarədən iddia həqiqəti əks etdirmədiyi bildirilib: “Bildiririk ki, Hökməli qəsəbəsindəki Ağdamdan olan məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. […]

1 min read

“İmişli”nin hakimi təhqir edən oyunçusuna AĞIR CƏZA

Misli Premyer Liqasında VI turun oyunları ilə bağlı İntizam Komitəsinin qəbul etdiyi qərarlar açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Qərarlara əsasən, bir neçə klub və futbolçu cəzalandırılıb. “Sabah” – “İmişli” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “İmişli” də 700 manat cərimə olunub. Həmin oyunun 90+1-ci dəqiqəsində hakimi […]

1 min read

Türkiyəli gənc futbolçu vəfat etdi

Türkiyənin “Bandırmaspor” klubunun futbolçusu Tolqa Kalender vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 25 yaşlı müdafiəçi müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Tolqa Kalender karyerası ərzində “Başakşəhər”, “Adana Dəmirspor”, “Bayrampaşaspor”, “Diyarbekirspor” və son olaraq “Bandırmaspor”un formasını geyinib. O, klub səviyyəsində 131 oyunda meydana çıxıb, 4 […]

4 mins read

“Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı

Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub. Canlixeber.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərovun (şərti ad – red.) barəsində açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. 38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib. Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi yanacaqdoldurma məntəqəsində gecə növbəsindən […]

1 min read

“Sumqayıt” Elşad Şirzadovu heyətinə qatıb

“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib. Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb. Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də […]