September 2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı, şübhəli saxlanıldı
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Canlixeber.com-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı […]
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gün saat 12:05 radələrində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin […]
Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. […]
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
Ağcabədidə həyat yoldaşını öldürməkdə ittiham olunan Ayaz Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Ayaz Səlimov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Ayaz Səlimov həyat yoldaşı Nəzakət […]
Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib
Sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi […]
İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlətimizin […]
“Xankəndi” FK bir ay sonra Xankəndiyə qayıdır.
“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Qeyd edilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Klubun Xankəndidə ilk ev […]
Əfv edilənlərin arasında Martin Ryan da var
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Siyahıda Fransaya casusluqda ittiham olunan Martin Ryanın da adı yer alıb.
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. Canlixeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxunub. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin […]
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən […]
