1 min read

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.

1 min read

Nuri Əhmədov vəfat etdi

Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb. N.Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru olub.

1 min read

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar. Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa […]

1 min read

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Sentyabrın 24-də paytaxtın Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev […]

1 min read

Şəmkirdə avtomobil qadını vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, […]

4 mins read

Bu məsələdə cəmiyyətimizin üzərinə böyük məsuliyyət düşür – EKSPERT

Sosial şəbəkələrdə viral olmaq və daha çox baxış toplamaq istəyi son dövrlər bəzi şəxsləri cəmiyyət üçün təhlükəli davranışlara sövq edir. Təcili xidmətlərə əsassız zənglər edilməsi, ictimai təhlükəsizliyə xidmət edən vasitələrdən məqsədsiz istifadə olunması və bu kimi hərəkətlərin lentə alınaraq əyləncə məqsədilə paylaşılması artıq təkcə sosial media davranışı deyil, həm də ictimai məsuliyyət məsələsinə çevrilib. Bəs […]

1 min read

Bu gün hava necə olacaq?

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz […]

1 min read

Mansur Yavaşdan sonra CHP-də ardıcıl istefalar

Türkiyənin Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın partiyasından getməsinin ardınca paytaxtda Cümhuriyyət Xalq Partiyasından (CHP) daha altı istefa xəbəri yayılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Beypazarı, Kalecik, Polatlı, Ayaş, Şereflikoçhisar və Güdül rayonlarının bələdiyyə rəhbərləri də CHP-dən ayrıldıqlarını elan ediblər. Qeyd edək ki, Mansur Yavaş bu gün verdiyi […]