August 2026
Faktiki hava açıqlanıb
Avqustun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, avqustun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb. […]
Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq. Qeyd olunub ki, mərhum Xalq şairi vida mərasimindən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat […]
MİQ-in nəticələri açıqlanıb
14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb. Bildirilib ki, imtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə […]
Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb
Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Əldə etdiyimiz məlumata görə, qadın “NIDA” Vətəndaş […]
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
İyulun 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz […]
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər […]
Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərləri ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib. İdarədən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə gedənlərin sayının artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: “Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və […]
Sabiq nazirin Ramiz Mehdiyevə bağışladığı milyonluq villa satışa çıxarılıb
Sabiq nazirin Ramiz Mehdiyevə bağışladığı milyonluq villa və 22 hektar ərazi satışa çıxarılıb. Azərbaycan Respublikasının sabiq nəqliyyat Naziri Ziya Məmmədovun Ramiz Mehdiyevə bağışladığı milyonluq villa satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, villa artıq müxtəlif əmlak səhifələrində satış üçün yerləşdirilib. Belə ki, hazırda Ucarın icra başçısı olan Ziya Məmmədovun xalası oğlu Mansur Məmmədov tərəfindən tikintisi həyata […]
Goranboyda evdən yeniyetmənin meyiti tapılıb
Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
