Faktiki hava açıqlanıb
1 min read

Faktiki hava açıqlanıb

Avqustun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.


Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.

İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.