August 2026
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, müayinə nəticəsində […]
DSX-nin hərbi hissələrində andiçmə mərasimləri keçirilib
Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 17-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Meteohəssas insanlar üçün hava necə olacaq?
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
Bu gün hava necə olacaq?
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz […]
İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı
İsmayıllı rayonunda kanaldan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalının İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib. Tapılan şəxsin Göyçay rayon sakini, 1949-cu il təvəllüdlü Tahir Quliyev olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu
Bakı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birinin ön hissəsinə ciddi ziyan dəyib. Hadisə yerinə evakuator cəlb olunub.Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib
Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun […]
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir. Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə […]
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər […]
