2 mins read

Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və […]

1 min read

Binəqədidə istifadəsiz tikilidə yanğın başlayıb

Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

1 min read

Metal qəbulu məntəqəsindən oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən metal qəbulu məntəqələrindən birindən oğurluq edilib Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı M.Fətəliyev müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxs məntəqədən ümumi dəyəri 4 min manat olan əlvan metalı oğurlayaraq satıb. Araşdırma aparılır.

1 min read

Jurnalist Ədalət Mədətoğlu vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.

1 min read

Mingəçevir Universitetində FACİƏ: Ölən var

Mingəçevirdə usta iş başında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Mingəçevir Dövlət Universitetinin inzibati binasında qeydə alınıb. Burada təmir işləri görən usta, 43 yaşlı Ruslan Tərlan oğlu Seyidzadə qəfil ölüb. Onun infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

Artan sərnişin tələbatının qarşılanması üçün 19 və 21 avqust tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin […]

1 min read

Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb. Faktla bağlı cinayət işi […]

2 mins read

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub. Canlixeber.com Lent.az-a istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi ötən ay qərar qəbul edib. Qərara əsasən, Könül Qasımova barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.1-ci (əzabvermə, iki və ya daha çox şəxsə qarşı və ya girov […]

1 min read

Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Bilgəh ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları şəxsi xilas ediblər.