August 2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 19-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% […]
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu
Hacıqabulda qətl törədilib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib. İlkin ehtimala görə, Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Bakıda qayınanasını döyən kişiyə cinayət işi başlanıldı
Bakıda 40 yaşlı kişi qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü İmran Məmmədov ailə qurub, Sabunçu qəsəbəsində qayınanasının evində qalıb. Bir müddətdən sonra qayınana-kürəkən arasında mübahisə yaranıb və onlar dava etməyə başlayıblar. Bir neçə gün əvvəl İmran işdən evə gələrkən qayınanası yenidən onunla mübahisə […]
Vəkil Elşad Məmmədov saxlanıldı
Abşeronda tanınmış vəkil saxlanılıb. Canlixeber.com “Unikal”a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. Canlixeber.com xəbər verir ki. bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının […]
Nərminə Kamala agentlikdə yeni vəzifə verildi
Nərminə Kamal DOST Agentliyində yeni vəzifəyə təyin edilib. Canlixeber.com xəbər verir ki, müvafiq əmrə əsasən, Nərminə Kamal DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin olunub. O, bu təyinatadək Agentliyin Hesabatlılıq və təhlil şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qəbələdə 71 yaşlı qadını vurub öldürən sürücüyə hökm oxundu
Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Yolçuyev 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə martın 23-də Qəbələ şəhəri ərazisində baş verib. Şəhər sakini […]
Arvadını öldürən şəxs: “Bizim kinomuz bura qədər idi” deyərək ona çox sayda bıçaq zərbəsi endirdim”
Şirvan Apellyasiya Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayətinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, iş üzrə ittihama əsasən, təqsirləndirilən şəxs 2017-ci il tarixdən rəsmi nikahda olduğu, lakin 2023-cü ilin əvvəllərindən faktiki olaraq ayrı yaşadığı arvadı, zərərçəkmiş Əfsanə Lələzadənin başqa kişilərlə yaxın münasibətdə olmasından şübhələnib. Bundan başqa, […]
