Metal qəbulu məntəqəsindən oğurluq edən şəxs saxlanılıb
1 min read

Metal qəbulu məntəqəsindən oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən metal qəbulu məntəqələrindən birindən oğurluq edilib


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı M.Fətəliyev müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxs məntəqədən ümumi dəyəri 4 min manat olan əlvan metalı oğurlayaraq satıb.

Araşdırma aparılır.