1 min read

39 yaşlı kişi maşında infarkt keçirib öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

İsmayıllıda toyda 20-dən çox şəxs ZƏHƏRLƏNDİ

İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən […]

1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə 11 vaqondan ibarət, çəkisi 1 108 ton olan buğda və dörd vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana […]

3 mins read

Ev sahibinin başına stəkan çırpıb qızını qaçıran “elektrik şəbəkəsi”nin işçilərindən xəbər var

Ali Məhkəmədə Salyanda adam oğurluğunda və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Abdulla İbişov, əmisi oğlu Zabil İbişov və Rəvan Məmmədovun (ad və soyadları şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti təmin […]

2 mins read

Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonunun Buzovna […]

1 min read

Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

Avqustun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda […]

11 mins read

SMM sahəsinə necə başlamaq olar? – Ekspert: “Bu sahədə ən böyük səhv işin rahat olduğunu düşünməkdir”

Sosial media marketinqi son illərdə Azərbaycanda əmək bazarının diqqət çəkən istiqamətlərindən birinə çevrilib. Xüsusilə gənclər arasında SMM-ə marağın artması bu sahənin nisbətən qısa müddətdə öyrənilə bilməsi, freelance və məsafədən işləmək imkanlarının olması ilə əlaqələndirilir. Bununla belə, peşəyə yeni başlayanların qarşısında bir sıra suallar yaranır: SMM öyrənməyə haradan başlamaq lazımdır, hansı bacarıqlar daha vacibdir, şirkətlər yeni […]

3 mins read

Bakıda bağ evindən yüzminlərlə bahalı əşya oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilən şəxslərdən Elvin Həbibli, Rövşən Umudovun 7 il […]

1 min read

78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

1 min read

Bərdədə FACİƏ: Sahibkar öldü

Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.