August 2026
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
Türkiyə şirkəti tərəfindən istismar olunan “Volgo Balt 226” gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Maritime Voice” məlumat yayıb. Hücum zamanı gəmidə olan 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşından heç biri xəsarət almayıb. Yük gəmisi Türkiyənin Trabzon limanına doğru hərəkət edir. Məlumata görə, hücum nəticəsində gəmiyə zərər dəyib. Bildirilib […]
Salyanda qəza, ölən var
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Avtomobil kənd ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək. Canxəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.
KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı
Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə […]
Ötən tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı Özbəkistanda təhsil alıb
2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Canlixeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. İlham Əliyev vurğulayıb ki, 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində […]
Məktəb direktorlarının işə qəbulu üzrə sənəd qəbulunun MÜDDƏTİ UZADILDI
Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu avqustun 18-də saat 11:00-dan başlayıb. Namizədlər avqustun 24-ü saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. […]
İtkin-şəhid Akif Qurbanovun qalıqları dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib. Canlixeber.com xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. […]
Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı
Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər evrir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobil Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə […]
Vüsal Nəsirli onu rəhbər təyin etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mais Nəsirov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli yolların tikintisi departamentinin rəhbəri təyin edilib.
Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi
Şəmkirdəki qəzada xəsarət alan 5 yaşlı uşaq vəfat edib. Canlixeber.com xəbər verir ki, bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumat üçün bildirək ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran […]
