39 yaşlı kişi maşında infarkt keçirib öldü
1 min read

39 yaşlı kişi maşında infarkt keçirib öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.

Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.