July 2026
Bu gün hava necə olacaq?
İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə […]
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
Gəncədə Xan Bağı istirahət parkının yaxınlığında 20 yaşlı gənc bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Sərxan İsmayılov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
1 vəkil kollegiyadan xaric olunub, dördü cərimələnib
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib. Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. […]
Tovuzda həyat yoldaşını döyən kişi tutuldu
Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb. Araşdırmalar davam etdirilir.
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
İyulun 16-dan M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti […]
Kondisionerin zərərləri – Nələrə diqqət edilməlidir?
Yay aylarında havaların kəskin istiləşməsi kondisionerləri evlərdə, iş yerlərində, təhsil müəssisələrində və ictimai məkanlarda ən çox istifadə olunan məişət avadanlıqlarından birinə çevirir. Bu qurğular isti havalarda rahatlıq və sərinlik təmin etsə də, onlardan düzgün istifadə edilmədikdə insan sağlamlığına və ətraf mühitə müəyyən mənfi təsirlər göstərə bilər. Mütəxəssislər bildirirlər ki, temperaturun həddindən artıq aşağı salınması, kondisionerlərin […]
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş İvan Nikolayeviç Svetliçnıyın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü […]
Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərin cəzası azaldılıb
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin barəsində olan hökmdən onların vəkilləri və zərərçəkənlərin hüquqi varislərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə […]
Azərbaycanda yeni antidopinq qaydaları: idmançıları maliyyə sanksiyaları və güzəştlər gözləyir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanmış 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə razılaşdırılıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan, yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələr sırasında yer alaraq bu sahədə qabaqcıl mövqeyini bir daha nümayiş etdirib. Yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsinə […]
Xocalıda yaşayış evinə ayı girib
Xocalı rayonunda yaşayış evinin həyətinə ayı girib. Canlixeber.com xəbər verir ki, hadisə gecə saatlarında rayonun Badara kəndində, kənd sakini Piryev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evində baş verib. İlkin məlumata görə, vəhşi heyvan evin həyətyanı sahəsinə və təsərrüfat ərazisinə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.
