July 2026
“Zirə” “Göztəpə”nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb
“Zirə” yeni futbolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Qartallar” Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb. Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.
Mənzil almaq adı ilə 240 min manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şəmsiyyə İsmayılova, Rasim Əliyev və Anar […]
İnterneti bəhanə etdi, sürücünün kartındakı 700 manatı mənimsədi
Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub. Canlixeber.com xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən Ə.V. Qaradağ rayonu ərazisində avtomobilə sərnişin kimi əyləşərək sürücünün mobil telefonundan istifadə edib. İttihama görə, o, internetə qoşulmaq bəhanəsi ilə bir neçə dəfə zərərçəkmişin telefonunu […]
TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır
Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model […]
“Qəbələ” nigeriyalı futbolçu Uboçioma Meşakla anlaşıb
“Qəbələ” klubu nigeriyalı futbolçu Uboçioma Meşakla anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 24 yaşlı vingerlə “1+1” illik müqavilə bağlanıb. Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub
Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmrinə əsasən, bu vəzifəyə Seyidov Yusif Mirabbas oğlu təyin edilib. Qeyd edək ki, bu təyinatadək Y.Seyidov Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Quduzluq xəstəliyi və diqqət edilməli məqamlar
Quduzluq — mərkəzi sinir sistemini zədələyən, əlamətlər ortaya çıxdıqdan sonra müalicəsi olmayan, lakin vaxtında peyvənd olunduqda 100% qarşısı alına bilən ən təhlükəli virus infeksiyalarından biridir. Canlixeber.com quduzluq xəstəliyi ilə bağlı araşdırma aparıb. Quduzluq virusunun ilk əlamətləri üzə çıxdıqdan sonra xəstəlik demək olar ki, həmişə ölüm cıxışı ilə nəticələnir. Bu səbəbdən heyvan dişləməsi və ya cırmaqlaması […]
Kartof çipsinin zərərləri
Çips gündəlik həyatımızda ən çox istifadə edilən atıştırmalıqlardan biri olsa da, sağlamlıq üçün ciddi təhlükələr yaradır. Tərkibindəki yüksək miqdarda yağ, duz və sintetik əlavələr onu bədən üçün adətən bir “kalori bombası”na çevirir. Canlixeber.com mövzu ilə bağlı araşdırma aparıb. Əvvəla onu qeyd edək ki, çips istehsalı zamanı kartof yüksək dərəcəli yağlarda qızardıldığı üçün tərkibində transfobik Yağlar […]
Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Əmək qanunvericiliyi işəgötürəndən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağı, o cümlədən işçinin əmək təminatlarının tətbiqini tələb edir. Bəzən işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi […]
“Karvan-Yevlax” Orxan Sadıqlını heyətinə qatıb
“Karvan-Yevlax” klubu yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 33 yaşlı qapıçı Orxan Sadıqlı ilə 1 mövsümlük müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq “Mingəçevir”də çıxış edən oyunçu karyerası ərzində “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt” “Zirə” və “Şəmkir” klublarının qapısını qoruyub.
