May 2026
Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.
Bərdədə ağır QƏZA: Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib. Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – […]
Azərbaycanda 57 minədək abituriyent qəbul imtahanı verir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və […]
Azərbaycanda zəlzələ olub
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 24-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi […]
“Şamaxı” Ayxan Abbasovla yollarını ayırdı
“Şamaxı”da baş məşqçi ayrılığı rəsmiləşib. Canlixeber.com xəbər verir ki, bölgə təmsilçisi Ayxan Abbasovla əməkdaşlığı davam etdirməyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bununla da Abbasov “Şamaxı”dakı fəaliyyətini başa vurub. Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ilin yayından “Şamaxı”nın baş məşqçisi postunda çalışırdı.
“Qarabağ” klubu üç futbolçusu ilə yollarını ayırdı – RƏSMİ
“Qarabağ” klubu üç futbolçusu ilə yollarını ayırıb. Canlixeber.com zəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. “Qarabağ”da icarə əsasında çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb. Qeyd edək ki, yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” klubu […]
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan əsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib. Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, cəbhə […]
Tanınmış idmançı vəfat etdi
Tanınmış idmançı, “Lider” idman klubunun sahibi İlham Sərdarov vəfat edib. Canluxeber.com “Unikal”a istinadla xəbər verir ki, o, idman etdikdən sonra dünyasını dəyişib. 55 yaşlı idmançının ürəktutmadan öldüyü bildirilir.
