May 2026
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə […]
Bu gün hava necə olacaq?
Mayın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° […]
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Canlixeber.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, […]
Beş futbolçu “Şamaxı”nı tərk edib
“Şamaxı”nın 5 futbolçusu komandadan ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubundan məlumat verilib. Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb. Adı çəkilən futbolçular məxsus olduqları klublarına qayıdıblar.
Məşhur tiktoker hakim qarşısına çıxarıldı
“Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı şəhər Xəzər rayon Məhkəməsində keçirilən prosesdə blogerin vəkili Fərid Həsənov məhkəməyə vəsatətlər təqdim edib və vəsatət təmin edilib. Eyni zamanda prosesdə bloger Arzumun qızı və əlavə şahid kimi hadisə zamanı olan şəxs dindirilib. Onlar […]
Paytaxtda dolu yağır
Mayın 26-sı saat 15:20 məlumatına əsasən hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.
“Sabah” qapıçısını göndərdi
“Sabah” klubu qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb. 26 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən “Sabah”da çıxış edib.
İcra başçısının qardaşına yüksək vəzifə verildi
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qeyd edək ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında […]
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırdığını açıqlayıb
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb. Ukraynalı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.
AFFA “Qarabağ”ı azarkeşlərinə görə 8 min manat cərimələdi
AFFA Azərbaycan Premyer Liqası klublarını cərimələyib. Canlixeber.com xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Belə ki, XXXIII “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 2 min 500 manat cərimə edilib.”Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün klub 8 min manat cərimə olunub. Mayın […]
