1 min read

Zaqatalada “Tofaş” BMW ilə toqquşdu: Ölən var

Bu gün gecə saat 2 radələrində Zaqatala şəhəri ərazisində “Tofaş” və BMW markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, nəticədə “Tofaş”ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 min read

Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 min read

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı – Zaqataladakı qətlin TƏFƏRRÜATI

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. […]

1 min read

Zaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı

Zaqatala rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Zaqatalada KIA ilə “Opel” toqquşdu: XƏSARƏT ALAN VAR

Bu gün səhər saatlarında Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə saat 09:00-da Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb. Məlumata görə, KIA markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel” aşıb və onun sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Zaqatalada ölümlə nəticələnən qəza baş verib

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 15-də saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan “Ford Transit” avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Araşdırmalarla məlum olub […]

1 min read

Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb

Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb. Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. […]