Yeni təyinat
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib. Canlixeber.com xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb. Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib. A.Ələsgərov 1977-ci ildə Bakıda anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə […]
Türkiyəli məşhur mütəxəssis Azərbaycan millisinin baş məşqçisi oldu
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011-2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012-2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin […]
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Afər Mehrabova Əzimova baş direktorun müşaviri vəzifəsinə təyin olunub. Bundan əvvəl o, Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Xatırladaq ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət […]
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Digər sərəncamla, o, Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. O, müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət […]
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu
Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib. Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19 il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi […]
Adamiya baş məşqçi təyin edildi
Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, məşhur fransalı futbol mütəxəssisi Villi Sanyoldan sonra bu posta Ramaz Svanadze gətirilib. Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb. Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son […]
Naxçıvana yeni təhsil naziri təyin olundu
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı qərarlar bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilib. Digər qərarla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan […]
Anar Bayramov iki xanıma vəzifə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Belə ki, Ceyran Əkbər qızı Fərazi İnsan resursları departamentinin, Cəmilə Nail qızı Butayeva isə İlkin səhiyyə xidməti departamentinin rəhbəri vəzifəsini müvəqqəti icarə edəcəklər. Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İnsan resursları […]
“Yüksəliş” müsabiqəsinin qalibi sədr vəzifəsinə təyin olundu
Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, sözügedən vəzifəyə Orxan Yusibov təyin olunub. Qeyd edək ki, O. Yusibov bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb. Xatırladaq ki, Orxan Yusibov birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
