Türkiyə
Erdal Beşikçioğlu saxlanıldı
Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Etimesqut Bələdiyyəsində aparılıb. Beşikçioğlunun hansı ittihamlarla saxlanıldığı və istintaqın digər təfərrüatı ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət […]
Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
İstanbulda aralarında azərbaycanlıların da olduğu beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Həmin şəxslər müxtəlif ölkə vətəndaşlarını investisiya və “Forex”də qazanc vədi ilə aldadıblar. Ticarət mərkəzlərinin birində “Vend Teknoloji” adı altında guya çağrı mərkəzi kimi fəaliyyət göstərən şirkətin əslində Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alan beynəlxalq fırıldaqçılıqla […]
“Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Türkiyədə “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb. Canlixeber.com xəbər verir ki, o, “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Xatırladaq ki, “Ahbap” Dərnəyinin sədri, müğənni Haluk Levent də iyulun 12-də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə indiyədək bu iş çərçivəsində 18 nəfər tutulub.
Azərbaycan vətəndaşının Tbilisidə qətlində ittiham olunan şəxs Batumi aeroportunda saxlanılıb
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, qətl hadisəsi iyunun […]
İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları […]
Türkiyədə meşə yanğını başlayıb
Türkiyədə meşə yanğını başlayıb. Canlixeber yerli mətbuata istinadla xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır. Yanğına havadan və qurudan müdaxilə edilir.
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının əksəriyyəti səhlənkarlıq ucbatından baş verib. Canlixeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 40 min 32 hektar meşə sahəsi yanaraq məhv olub. İqlim dəyişikliyi, havanın temperaturunun kəskin yüksəlməsi və rütubətin aşağı düşməsi son illərdə meşə yanğınlarının sayının artmasına səbəb olub. Yanğınların səbəbləri qəsd, səhlənkarlıq və qəza, təbii […]
“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
DÇ-2026: Türkiyə yığması Avstraliyaya məğlub oldu
Futbol üzrə dünya çempionatının D qrupunun Avstraliya – Türkiyə qarşılaşması başa çatıb. Canlixeber.com xəbər verir ki, Türkiyə yığması rəqibinə 2:0 hesabı ilə məğlub olub.
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
Türkiyənin Ağrı vilayəti ərazisində Azərbaycan vətəndaşı həbs edilib. Canlixeber.com yerli mediaya istinadən xəbər verir ki, Diyadin rayonu ərazisində şübhəli nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Avtobusun sərnişinlərinin üzəriləri və yükləri yoxlanılarkən Azərbaycan vətəndaşının çantasından 1.5 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
