Türkiyə
İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb. Canlixeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları […]
Türkiyədə meşə yanğını başlayıb
Türkiyədə meşə yanğını başlayıb. Canlixeber yerli mətbuata istinadla xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır. Yanğına havadan və qurudan müdaxilə edilir.
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının əksəriyyəti səhlənkarlıq ucbatından baş verib. Canlixeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 40 min 32 hektar meşə sahəsi yanaraq məhv olub. İqlim dəyişikliyi, havanın temperaturunun kəskin yüksəlməsi və rütubətin aşağı düşməsi son illərdə meşə yanğınlarının sayının artmasına səbəb olub. Yanğınların səbəbləri qəsd, səhlənkarlıq və qəza, təbii […]
“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
DÇ-2026: Türkiyə yığması Avstraliyaya məğlub oldu
Futbol üzrə dünya çempionatının D qrupunun Avstraliya – Türkiyə qarşılaşması başa çatıb. Canlixeber.com xəbər verir ki, Türkiyə yığması rəqibinə 2:0 hesabı ilə məğlub olub.
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
Türkiyənin Ağrı vilayəti ərazisində Azərbaycan vətəndaşı həbs edilib. Canlixeber.com yerli mediaya istinadən xəbər verir ki, Diyadin rayonu ərazisində şübhəli nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Avtobusun sərnişinlərinin üzəriləri və yükləri yoxlanılarkən Azərbaycan vətəndaşının çantasından 1.5 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sabiq deputat Türkiyədə vəfat etdi
Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. Canlixeber.com xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.
Kadir İnanır reanimasiyaya yerləşdirildi
Uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib. Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gecə aktyorun səhhətində problem yaranıb.Aktyora həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
