Türkiyəni sarsan 11 milyardlıq iddia: Mustafa Sandal və arvadı Dubaya qaçıblar?
2 mins read

Türkiyəni sarsan 11 milyardlıq iddia: Mustafa Sandal və arvadı Dubaya qaçıblar?

Sərmayə bazarları ilə bağlı araşdırma zamanı maliyyə fondlarından 11 milyard lirə çıxardığı aşkarlanan Melis Sütşurup Sandal və əri, məşhur müğənni Mustafa Sandalın xaricə köçdükləri və Dubaydan yaşayış icazəsi aldıqları məlum olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup Sandalın adının maliyyə fondları araşdırmasında hallanmasından sonra açıqlama verərək vicdanının təmiz olduğunu, özünün və həyat yoldaşının zərərçəkənlər arasında olduqlarını bildirmişdi. Lakin məlum olub ki, Mustafa Sandal bu fond araşdırmalarından əvvəl Dubayda yaşayış icazəsi almaq üçün müraciət edib. Bu yaxınlarda konsert üçün ölkədən çıxmağa çalışarkən Dubay polisi Sandalı hava limanında saxlayıb və onun getməsinə mane olub.

Prosedurların tamamlanması üçün iki gün Dubayda qalmalı olan Mustafa Sandal şəxsi təyyarə icarəyə götürərək ölkə xaricindəki konsertinə çata bilib.

Digər tərəfdən, Melis Sütşurup Sandal barəsində ölkə xaricinə çıxış qadağasının qoyulduğu iddia edilir. İddialara görə, Melis Sütşurup fonddan pulunu çıxardıqdan sonra Dubaya gedib və hələ Türkiyəyə qayıtmayıb.

İstanbul Baş Prokurorluğu Terrorçuluğun Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən sərmayə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı istintaq davam edir.

İstintaq çərçivəsində 42 nəfərin mülkləri ilə bağlı tədbir görülüb. Melis Sütşurup Sandalın likvidləşdirilmiş (ləğv edilmiş) fondlardan 11 milyard 126 milyon 528 min 163 lirə çıxardığı iddia edilib.