1 min read

Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində – Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

1 min read

Azərbaycana qanunsuz gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən […]

1 min read

Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq

Mayın 25-i saat 09:00-dan işlər yekunlaşanadəkAbşeron rayonu, Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir işləri ilə əlaqədardır.

1 min read

Sumqayıta yeni avtobuslar gətiriləcək

Sumqayıt şəhərində ictimai nəqliyyatın yenilənməsi istiqamətində addımlar davam edir. Canlixeber.com xəbər verir ki, yaxın günlərdə şəhərə yeni avtobusların gətiriləcəyi bildirilir. Bu nəqliyyat vasitələrinin əsasən 12, 12A, 6, 22, 2, 3, 4, 9, 8, 18, 19, 17 və 27 nömrəli marşrut xətlərində istifadəyə verilməsi planlaşdırılır.İlk mərhələdə 100 yeni avtobus sifariş edilib. Bundan əlavə, növbəti mərhələdə daha […]

1 min read

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin F.Həşimov küçəsində, Alüminium Zavodunun yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Fikrət Yunis Fikrət oğlunun idarə etdiyi “Kia Forte” markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub.Qəza nəticəsində 1961-ci il təvəllüdlü Məmmədov Xəqani Müzəffər […]

1 min read

Corat bağlarından meyit tapıldı

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb. Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib. Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.Hadisənin başvermə səbəbləri araşdırılır.