Suda boğulma
Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb
Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Canlixeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə iyunun 7-si axşam […]
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.
Naxçıvanda uşaq kanalda boğuldu
Naxçıvanda 7-8 yaşlarında olduğu bildirilən uşaq kanalda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində baş verib. İlkin məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının verdiyi məlumata görə, o, epilepsiya xəstəsi imiş.
Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
Cəlilabad sakini suda boğulub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
