Suda boğulma
Naxçıvanda uşaq kanalda boğuldu
Naxçıvanda 7-8 yaşlarında olduğu bildirilən uşaq kanalda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində baş verib. İlkin məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının verdiyi məlumata görə, o, epilepsiya xəstəsi imiş.
Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
Cəlilabad sakini suda boğulub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
