1 min read

Bakıda skuterin iştirakı ilə qəza olub, ölən var

Bakıda skuterin iştirakı ilə qəza olub. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Canlixeber.com-a verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub. Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində […]

1 min read

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb. Belə ki, “Khazar” markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb. Canlixeber.com hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Masazırda ağır qəza: İki nəfər öldü

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yolun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili motosikletlə toqquşub. Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib. Hadisənin təfərrüatı araşdırılır.

1 min read

Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb. Rayon sakini Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub. Hadisə nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

1 min read

Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıt şəhərində 6 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, şəhərin Sülh prospektində hərəkətdə olan 6 avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdrıma aparılır.

1 min read

Qırmızı işıqda yolayrıcına daxil olan skuter qəzaya səbəb olub

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən […]

1 min read

Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var

Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla […]