4 mins read

Tərtərdə 12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il […]

1 min read

Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi […]

1 min read

Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Canlixeber.com xəbər verir ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır. Faktla bağlı araşdırma aparılır

2 mins read

Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI

Şamaxı şəhərində qayınatasını öldürməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Teymur Əliyevə hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il Şamaxı şəhəri, Şah İsmayıl Xətai küçəsi ev 53 ünvanında baş verib. […]

1 min read

Bakıda qonşular arasında mübahisə qətllə nəticələnib

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Binə-Sovxoz ərazisində qeydə alınıb. Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşu ona bıçaqla xəsarətlər yetirib. Şübhəli şəxs qonşusuna 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər […]

1 min read

Azərbaycan vətəndaşının Tbilisidə qətlində ittiham olunan şəxs Batumi aeroportunda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, qətl hadisəsi iyunun […]

3 mins read

Rusiyada 14 il əvvəl törədilən qətl işi üzrə məhkəmə başlayır

Rusiya Federasiyasında 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 2012-ci il dekabrın 24-də Rusiya Federasiyası ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət […]

7 mins read

Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” – Təfərrüat

Yevlax şəhərində 35 yaşlı kişi ögey qardaşını öldürüb. Canlixeber.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Mərdan mağazadan spirtli içki alaraq içmək üçün yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən ərzaq mağazasına gedib. Oradan spirtli içki olan pivə alaraq parkda içib və orada bir müddət oturduqdan sonra gecəyarısı yaşadığı evə qayıdıb. Evin qapısından həyətə daxil olduqdan […]

3 mins read

Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və […]