Qətl hadisəsi
Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU
Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Hüseyn Cəfərov 10 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 11 il azadlıqdan məhrum olunmasını istəmişdi. […]
Zaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı
Zaqatala rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədov həmyerlisi və dostu Anar Süleymanovu qətlə yetirməkdə təqsirləndirilib. Belə ki, əvvəllər Anarla Xudat dost olublar. 2021-ci […]
Arvadını öldürmüşdü – Qayınatası onu bağışladı
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M .Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən […]
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?
Ukraynanın Zaporojye şəhərinin rayon məhkəməsi Azərbaycan vətəndaşı Vüqar Ağayevi həmyerlisi, “Sarvan” ləqəbli kriminal avtoritet Sarvan Cəfərovun qəsdən öldürülməsi ittihamı üzrə təqsirsiz hesab edib. O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub. Canlixeber.com xəbər verir ki, hökm 2026-cı il mayın 25-də hakim Nikolay Fetisovun sədrliyi ilə Tamara Barulina və Natalya Novikovanın daxil olduğu […]
Masallıda 69 yaşlı qadın qətlə yetirilib
Masallıda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb. İlkin məlumata görə, 69 yaşlı qadın yaşadığı evdə baltalanaraq qətlə yetirilib, bu, tamah məqsədilə törədilib. E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya verdiyi xəbərə görə, mərhumun meyitinin yanında yanında […]
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Gəncədə qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, hər iki şəxs qohum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, düşən dava zamanı qətlə yetirilən […]
Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü
Şəmkirdə 28 yaşlı kişi qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, rayon ərazisindəki kafelərdən birində baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Fərid Həsənov bıçaq xəsarəti alıb. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Həsənovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Sərxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə ötən il […]
Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürən şəxs: “Mərhum atamı söydü, əsəbiləşdim”
Xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Təhmasib Əliyevin barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com Pravda.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktına əsasən, Təhmasib Əliyev qardaşının həyat yoldaşı Rəviyyə Nərmanova ilə aralarında yaranmış mübahisədən sonra qisas məqsədilə onu qətlə yetirib. […]
