Qəza
Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var
Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla […]
Şəmkirdə”Ford” “KamAz”a çırpıldı, ölən var
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Traktoru arxaya verərkən – Anasının ölümünə səbəb oldu
Ucarda oğul anasını traktorla vuraraq öldürüb.“ Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi […]
