Pakistan
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanı təcavüzkarlara satan qadın saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tribune.com məlumat verib. Bir neçə gün əvvəl polis təcavüzdə şübhəli bilinən üç nəfəri saxlayaraq, cinayət zamanı istifadə edilən avtomobillərini müsadirə etmişdi. Zərərçəkmişin Lahora işlə bağlı gəldiyi bildirilir. Saxlanılan Maskan adlı qadının vəkili iddia […]
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir. […]
Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı
Pakistanın Lahor şəhərində polis 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı ərizəsindən sonra cinayət işi açıb. Canlixeber.com Pakistan mediasına istinadən xəbər verir ki, gənc qadın biznes məsələləri ilə bağlı təxminən iki həftə əvvəl Pakistana gəlib. O, polisə verdiyi şikayət ərizəsində bildirib ki, iki qadın ona yaxınlaşaraq birlikdə şam yeməyi təklif […]
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) 20 Sentyabr- Dövlət Suverenliyi Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklər!”, – paylaşımda qeyd olunub.
Ceyhun Bayramov Pakistan xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi […]
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat verilib. “İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda […]
Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələrimiz […]
“Qarabağ” Pakistan millisinin kapitanını heyətinə qatıb
Azərbaycan çempionu “Qarabağ” akademiyasını yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın 17 yaşlılardan ibarət yığmasının kapitanı Əbdül Səmmadı gənclər komandasının sıralarına cəlb edib. Gənc futbolçu “POPO” klubundan “Qarabağ”ın akademiyasına keçid edib. Pakistan mətbuatı Əbdül Səmmadın “Qarabağ”a keçidini ölkə futbolu üçün əlamətdar hadisə kimi dəyərləndirib.
Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib. “Biz Pakistanın Kvetta şəhərində sərnişin qatarını hədəf alan iyrənc terror hücumunu qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox sayda insanın yaralanması dərin təəssüf doğurur. Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin […]
