Ölüm hadisəsi
Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.
Bərdədə ağır QƏZA: Ölən var
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib. Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – […]
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub. Canlixeber.com Modern.az-a istinadla xəbər verir ki, Rusiya ordusunun tərkibində döyüşən Azərbaycan əsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib. Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, cəbhə […]
Tanınmış idmançı vəfat etdi
Tanınmış idmançı, “Lider” idman klubunun sahibi İlham Sərdarov vəfat edib. Canluxeber.com “Unikal”a istinadla xəbər verir ki, o, idman etdikdən sonra dünyasını dəyişib. 55 yaşlı idmançının ürəktutmadan öldüyü bildirilir.
Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə may ayının 21-də, axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində batma təhlükəsi ilə üzləşən […]
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır
Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin vaxtı hələki məlum deyil. Xatırldaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, […]
Bərdədə yeniyetmənin meyiti tapıldı
Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda ölüm halları artıb
Bu ilin ilk üç ayı ərzində Azərbaycanda ölüm halları artıb. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 15019 ölüm halı qeydə alınıb. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,6-dan 5,9-a qədər artıb.
Sabiq deputat Türkiyədə vəfat etdi
Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib. Canlixeber.com xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.
Azərbaycan Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib
Azərbaycan Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 41 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F.Mirzəyev iqtisad elimləri üzrə fəlsəfə doktoru, dosent olub.
