Ölüm hadisəsi
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Azərbaycanda müəllim VƏFAT ETDİ
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki , o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış.
Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI
Yevlaxda güllələnmiş meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Əkşəm kəndinin ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə aşkarlanıb. Onun odlu silahdan aldığı güllə yarasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
44 yaşlı kişi küçədə vəfat etdi
Bakıda küçədə halı pisləşən şəxs vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
9-cu sinif şagirdi qəfil vəfat etdi
Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi vəfat edib. Canlixeber.com liseyə istinadən xəbər verir ki, 15 yaşlı Cavad Quliyev qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Bakıda sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Xocavənd rayon sakini 62 yaşlı Əliş Surxay oğlu Səfərov “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib. Canlixeber.com xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb. “Bu gün balaca balamızı son mənzilə yola saldıq. […]
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb. Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik […]
Bakıda usta iş yerində öldü
Bakıda usta emalatxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb. Orada çalışan Ağsu rayon sakini – 1982-ci il təvəllüdlü Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.
Zaqatalada ölümlə nəticələnən qəza baş verib
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 15-də saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan “Ford Transit” avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Araşdırmalarla məlum olub […]
