1 min read

Naxçıvanda maşın aşdı, ölən var

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Naxçıvanda maşın yolu keçən qadını vurdu

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub. Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yevlaxda kanaldan kişi meyiti tapıldı

Yevlaxda kanaldan kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib. İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.

1 min read

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Cəlilabad rayonunda qadın evində yanıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda maşında meyit tapıldı

Bakıda sürücü sükan arxasında ölü tapılıb. Canlixeber.com xəbə verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib. Sentyabrın 23-ü saat 10 radələrində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini 1958-ci il təvəllüdlü Zahab Allahverdiyevin meyiti sükan arxasında tapılıb. İlkin ehtimala görə, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Nuri Əhmədov vəfat etdi

Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb. N.Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru olub.

1 min read

Türkiyəli gənc futbolçu vəfat etdi

Türkiyənin “Bandırmaspor” klubunun futbolçusu Tolqa Kalender vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 25 yaşlı müdafiəçi müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, Tolqa Kalender karyerası ərzində “Başakşəhər”, “Adana Dəmirspor”, “Bayrampaşaspor”, “Diyarbekirspor” və son olaraq “Bandırmaspor”un formasını geyinib. O, klub səviyyəsində 131 oyunda meydana çıxıb, 4 […]