Oğurluq hadisəsi
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. […]
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı […]
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar
Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət işi […]
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı
Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Canlixeber.com xəbər verir ki, Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb. Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən […]
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
Ağsuda evlərdən oğurluq edən həbs olunub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Hacı Zeynabalabdin Tağıyev və N. Tağızadə küçələrində qeydə alınıb. 35 yaşlı Oruc Şikarov (şərti adla) ayrı-ayrı vaxtlarda gecə saatlarında oğurluq etmək məqsədilə bu küçələrdə əlverişli şərait axtarıb. Nəticədə o, 2 evdə yaşayış olmadığını görüb. Beləcə evlərə qanunsuz daxil olaraq, qarət edib. Oruc Şikarov […]
Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR
Bakıda hamamdan oğurluq edilib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki hamamlardan birində baş verib. Naməlum şəxslər hamamdan 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlayıblar. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir […]
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı – Bu cəza verildi
Bakıda dostunun bank kartından pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib. Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü Nurlan Şıxməmmədov (şərti soyadlı) kirayə qaldıqları evdə həm də otaq yoldaşı olan Saday Sadayovun telefonunda bank proqramının şifrəsini öyrənib. O, dostundan xəbərsiz onun “Redmi” markalı telefonunu götürüb və […]
Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri 2666 manat olan noutbuku talayıb. […]
Xətaidə 2000 manatlıq velosiped oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Rayon ərazisində binaların birinin qarşısından dəyəri 2000 manat olan velosiped oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
