Oğurluq hadisəsi
Bakıda 51 min manatlıq oğurluq olub
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat […]
Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə […]
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin […]
Abşeronda oğurluq edən iki qadın saxlanıldı
Abşeron rayonu ərazisində sakinlərdən birinin evindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı F.Qasımova və 24 yaşlı S.Vəliyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onların müvəqqəti qaldıqları evdən qızıl-zinət əşyalarını oğurladıqları müəyyən olunub. Rayon […]
Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər […]
Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı motosiklet qaçırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib. Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə […]
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı
Sabunçu rayonunda avtomobildən 78 min manat pul vəsaitini oğurlayan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb. Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin […]
Bakıda marketdən 225 manatlıq şokolad və “Red Bull” oğurlandı
Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb. Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin […]
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib. Yasamal rayonu ərazisində yerləşən mağazaların […]
Bakıda bağ evindən yüzminlərlə bahalı əşya oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU
Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilən şəxslərdən Elvin Həbibli, Rövşən Umudovun 7 il […]
