Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
1 min read

Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb

Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.