Xətaidə 2000 manatlıq velosiped oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Rayon ərazisində binaların birinin qarşısından dəyəri 2000 manat olan velosiped oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
