1 min read

Bakıda 36 yaşlı kişi evində ölü tapıldı

Bakıda mənzildən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Saatlı rayon sakini – 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda ofisdən maklerin meyiti tapıldı

Bakıda ofisdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 5-də saat 16 radələrində paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər. Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.

1 min read

Buzovnada bir ailənin 3 üzvü dənizdə batıb, bacı xilas olunub, qardaşın meyiti tapılıb, digəri axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. […]

1 min read

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədənFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal […]

1 min read

Ötən həftənin xronikası: 861 yanğına çıxış olub, 7 nəfərin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ […]

1 min read

Samuxda çobanın meyiti aşkarlandı

Samuxda sahədə çobanın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb. Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun yataqlardan birində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əmıkdaşları cəlb olunub. 57 yaşlı şəxsin çobanlıqla məşğul olduğu ehtimal edilir. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

FHN: Bakıda evdə meyit tapılıb

Bakıda evdə bir nəfərin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata […]