Ötən həftənin xronikası: 861 yanğına çıxış olub, 7 nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti təhvil verilib.
