İşdən azad edilmə
Könül Abaslı vəzifədən azad edildi
Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. K.Abaslı artıq bir müddətdir ADA Universiteti rektorunun müşaviri vəzifəsində çalışır. O, təhsilin idarə olunması sahəsinə cavabdehdir.Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika […]
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb. Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi […]
İcra başçısı müavinini işdən çıxardı
Göygöl rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzov sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Qocayevi işdən çıxarıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, işdən azad olunan A.Qocayev “Asan xidmət” mərkəzində işlə təmin edilib. A.Qocayev Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində üç il çalışıb. O, öncə də “Asan xidmət” mərkəzində işləyib.
